Главная > Siyasət / Manset > Ağ Ev: “Çinin hava şarları 40-dan çox ölkə üzərində casusluq edir”

Ağ Ev: “Çinin hava şarları 40-dan çox ölkə üzərində casusluq edir”


10-02-2023, 08:36. Разместил: admin
Ağ Ev: “Çinin hava şarları 40-dan çox ölkə üzərində casusluq edir”

Çin şarının qalıqlarının təhlili Pekinin bu obyektin sadəcə hava şarı olması ilə bağlı izahatını təkzib edir. Çin beş qitədəki ölkələrdə casusluq etmək üçün belə hava şarlarından istifadə edir.

Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə bildirib.

“Bu hava şarlarının hamısı ÇXR-in kəşfiyyat missiyaları üçün nəzərdə tutulmuş hava şarları parkının bir hissəsidir və digər ölkələrin suverenliyini pozub. Son bir neçə ildə Çin şarlarının beş qitədəki 40-dan çox ölkə üzərində uçduğu müşahidə edilib”, - deyə o bildirib.

Ağ Evin sözçüsü qeyd edib ki, ABŞ artıq müttəfiqləri və tərəfdaşları ilə bu mövzuda danışıb.
Вернуться назад