Главная > Siyasət > Blinken: “ABŞ iyuladək Finlandiya və İsveçi NATO-ya qəbul etməyə çalışır”

Blinken: “ABŞ iyuladək Finlandiya və İsveçi NATO-ya qəbul etməyə çalışır”


9-02-2023, 09:17. Разместил: admin
Blinken: “ABŞ iyuladək Finlandiya və İsveçi NATO-ya qəbul etməyə çalışır”

Birləşmiş Ştatlar iyulda Litvanın paytaxtında alyansın zirvə toplantısına qədər Finlandiya və İsveçin NATO-ya üzv olmasına çalışır.

Bu barədə çərşənbə günü Vaşinqtonda NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqların yekunu üzrə mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken bildirib.

“Əlbəttə, biz İsveç və Finlandiyanın NATO-ya daxil olmasına diqqət yetiririk. Onlar Alyansın prinsiplərinə sadiq olan güclü demokratik ölkələrdir. Biz iyulda Vilnüs sammitinə doğru irəlilədikcə prosesi yekunlaşdırmağa çalışacağıq”, - Amerika diplomatiyasının rəhbəri bildirib.

Xatırladaq ki, Finlandiya və İsveç 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət ediblər.
Вернуться назад