Главная > Siyasət > ABŞ prezidentindən Çinə xəbərdarlıq
ABŞ prezidentindən Çinə xəbərdarlıq8-02-2023, 09:21. Разместил: admin |
“Çinin addımları ABŞ-nin suverenliyinə təhdid yaradacağı təqdirdə rəsmi Vaşinqton ölkəni müdafiə etmək üçün hərəkətə keçəcək”. Bu açıqlama ilə ABŞ Prezidenti Co Bayden çıxış edib. “Əmin olun ki, Çin suverenliyimizi təhdid edərsə, ölkəmizi qorumaq üçün hərəkətə keçəcəyik. Keçən həftə etdiyimiz kimi”, - deyə Co Bayden vurğulayıb. Xatırladaq ki, fevralın 4-də ABŞ bir neçə gündür öz hava məkanında olan Çinin “casus şarını” vurub. Bu hadisə ABŞ-nin hiddətinə səbəb olub. ABŞ hakimiyyəti bunu milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirib. Вернуться назад |