Главная > Siyasət / Manset > İran parlamentinin sədri: “İran iqtisadiyyatı uğursuzluğa məhkumdur”

İran parlamentinin sədri: “İran iqtisadiyyatı uğursuzluğa məhkumdur”


5-02-2023, 08:50. Разместил: admin
İran parlamentinin sədri: “İran iqtisadiyyatı uğursuzluğa məhkumdur”

“İran iqtisadiyyatı uğursuzluğa məhkumdur”.

“Azad İran” “Telegram” kanalı xəbəri verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatının uğursuzluğunun səbəbi onun xalqın əlində olmamasıdır. Qalibaf İran iqtisadiyyatının 80%-nin dövlət nəzarətində olduğunu bildirib.

O, ölkə iqtisadiyyatının yaxşı durumda olmadığını söyləyib və bunun həll yollarından biri kimi iqtisadiyyatda vətəndaşların rolunun artırılmasını təklif edib.

Qeyd edək ki, Qalibafın çıxışından sonra İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Mohseni Ejei ölkədə iqtisadi durumun ağır olduğunu etiraf edib.
Вернуться назад