Главная > Siyasət > Deputat: “TƏBİB həkimlərə ayrılan pulları vermir” - İTTİHAM
Deputat: “TƏBİB həkimlərə ayrılan pulları vermir” - İTTİHAM5-08-2020, 08:55. Разместил: azadses |
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) tənqid edib. Deputat Oxu.Az-a açıqlamasında bildirib ki, iki ay öncə Lənkəranda poliklinikada işləyən həkimlər onun qəbulunda olublar. “Onların hamısına söz verilmişdi ki, maaşları üç-beş dəfə artıq olacaq. Həmin həkimlər həyatlarını riskə atırlar”, - deyə R.Quliyev söyləyib. Millət vəkili deyib ki, TƏBİB həmin həkimlərə ayrılan pulları vermir: “Ona görə də yanıma şikayətə gəldilər. Şikayət ərizəsini götürdüm, neçə dəfə çalışdım ki, TƏBİB-lə əlaqə saxlayım. Məcbur olub iyunun 12-də TƏBİB-ə məktub yazdım”, - deyən R.Quliyev əlavə edib ki, bu günə qədər qurum onun müraciətinə cavab verməyib. Parlamentari qeyd edib ki, avqustun 4-də TƏBİB-ə zəng edib və deputat kimi onlarla danışmaq istədiyini bildirib: “TƏBİB-in bu məsələ ilə bağlı yanaşmasında iki qəbahət var: həkimlərə pul verilməyib və mənim müraciətimə 40 gündən çoxdur reaksiya göstərilməyib. TƏBİB məsuliyyətini başa düşməlidir. Mən TƏBİB-in başqa işlərinə qarışmıram, amma əlimdə olan faktları deməliyəm”. Вернуться назад |