Главная > Siyasət > Yunus Kılıç İranı qınadı: ”Azərbaycan səfirliyinin təhlükəsizliyini lazımi səviyyədə təmin edə bilməyib”

Yunus Kılıç İranı qınadı: ”Azərbaycan səfirliyinin təhlükəsizliyini lazımi səviyyədə təmin edə bilməyib”


4-02-2023, 16:32. Разместил: admin
Yunus Kılıç İranı qınadı: ”Azərbaycan səfirliyinin təhlükəsizliyini lazımi səviyyədə təmin edə bilməyib”

“İran Azərbaycan səfirliyinin təhlükəsizliyini lazımi səviyyədə təmin edə bilməyib”.

“Report” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasında jurnalistlərə açıqlamasında türkiyəli deputat Yunus Kılıç deyib.

O bildirib ki, Cənubi Qafqaz həssas regiondur:

“Azərbaycan indi əvvəlki Azərbaycan deyil. Həmçinin Türkiyə də əvvəlki Türkiyə deyil. Dostluğumuz daha da güclənib. Ona görə xain planların baş tutmasına imkan vermirik”.

Parlamentari, həmçinin İrandakı səfirliyimizə hücumdan danışıb:

“Əlbəttə, biz bu hadisəni pisləyirik. İran diplomatik missiyanın təhlükəsizliyini lazımi səviyyədə təmin edə bilməyib. Bu, qınanılmalıdır. Türkiyə həmişə Azərbaycanın yanındadır”.
Вернуться назад