Главная > Siyasət / Manset > Prezident: “Biz müharibə apararaq işğala son qoyduq və ədaləti bərpa etdik”
Prezident: “Biz müharibə apararaq işğala son qoyduq və ədaləti bərpa etdik”28-01-2023, 16:31. Разместил: admin |
“Azərbaycan 30 ilə yaxın davam edən işğala hərbi-siyasi yollarla son qoydu, öz ərazi bütövlüyünü bərpa etdi, BMT-nin dörd qətnaməsini özü icra etdi. Halbuki bu qətnamələri BMT özü icra etməli idi”. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının islahatlarının labüdlüyü məhz buna əsaslanır: “Çünki biz 30 ilə yaxın bu qətnamələrin icrasını gözləmişik, amma bunu görməmişik. Yəni burada həm ikili standartlar hökm sürürdü, həm ayrı-seçkilik hökm sürürdü. Biz bu müharibəni apararaq işğala son qoyduq və ədaləti bərpa etdik. İndi isə azad edilmiş torpaqlarda qurub-yaradırıq və bütün dağıntıları görərkən bir daha görürük ki, biz Azərbaycanı və bölgəni hansı bəladan qurtardıq”. Вернуться назад |