Главная > Siyasət > Nazir Rəşad Nəbiyev Beynəlxalq Maliyyə Korporasiyasının Avropa regionu üzrə direktoru ilə görüşüb
Nazir Rəşad Nəbiyev Beynəlxalq Maliyyə Korporasiyasının Avropa regionu üzrə direktoru ilə görüşüb27-01-2023, 11:41. Разместил: admin |
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa regionu üzrə yeni təyin olunmuş direktoru xanım Rana Karadşeh ilə görüşüb. Görüş zamanı Azərbaycanda həyata keçirilən infrastruktur layihələri ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının növbəti mərhələsi, həmçinin aviasiya, hava limanları, dəmir yolu, avtomobil yolları, fiber-optik infrastruktur üzrə layihələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Вернуться назад |