Главная > Siyasət / Manset > Azərbaycanla İran Araz çayı üzərində körpü tikintisinə başlayıb - RƏSMİ

Azərbaycanla İran Araz çayı üzərində körpü tikintisinə başlayıb - RƏSMİ


27-12-2022, 19:00. Разместил: admin
Azərbaycanla İran Araz çayı üzərində körpü tikintisinə başlayıb - RƏSMİ

“Azərbaycan İranla artıq Araz çayı üzərində körpü tikintisinə başlayıb”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanla İran arasındakı razılaşmaya əsasən, Azərbaycandan Naxçıvana alternativ yol olacaq.

Qeyd edək ki, 2022-ci ilin martın 11-də Bakı ilə Tehran arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
Вернуться назад