Главная > Siyasət / Manset > Serbiyada ordu döyüş hazırlığına gətirildi

Serbiyada ordu döyüş hazırlığına gətirildi


27-12-2022, 11:28. Разместил: admin
Serbiyada ordu döyüş hazırlığına gətirildi

Serbiya Silahlı Qüvvələri Ali Baş Komandan, Prezident Aleksandar Vuçiçin əmri ilə döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bu barədə Serbiyanın baş nazirinin müavini və müdafiə naziri Miloş Vuçeviç məlumat verib.

“Serbiyanın prezidenti ali baş komandan kimi Serbiya ordusunun ən yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsinə göstəriş verib”, - nazir bildirib.

Eyni zamanda Serbiyanın daxili işlər naziri Bratislav Qaşiç DİN qüvvələrinin tam döyüş hazırlığına gətirildiyini açıqlayıb.
Вернуться назад