Главная > Siyasət / Manset > Azərbaycanla ICESCO arasında əməkdaşlığın dərinləşdirilməsinə dair Fəaliyyat Planı imzalanıb – FOTO
Azərbaycanla ICESCO arasında əməkdaşlığın dərinləşdirilməsinə dair Fəaliyyat Planı imzalanıb – FOTO25-12-2022, 12:49. Разместил: admin |
Dekabrın 24-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabat şəhərində yerləşən baş qərargahında “Azərbaycan Respublikası ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında əməkdaşlığın dərinləşdirilməsinə dair Fəaliyyət Planı” imzalanıb. Bu barədə Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. İmzalanmış Fəaliyyət Planına əsasən Azərbaycan Respublikasının təşəbbüsü ilə irəli sürülən və BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO-nun tərəfdaşı olduğu “Mədəniyyət naminə sülh” qlobal çağırışı çərçivəsində birgə fəaliyyətlərin icrası nəzərdə tutulub. Bununla yanaşı, ICESCO-nun Gənc Peşəkarlar Proqramı, İslam dünyasının mədəni irs abidələrinin qorunması və mühafizəsi, həmçinin informasiya texnologiyası sahəsində həyata keçiriləcək layihələrə dəstək verilməsi planlaşdırılır. Fəaliyyət Planını Azərbaycan tərəfdən ölkəmizin Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov, ICESCO adından isə təşkilatın Baş direktoru Səlim Əl-Malik imzalayıb. İmzalanma mərasimindən sonra səfir N.Səmədovla S. Əl-Malik arasında görüş keçirilib. Görüşdə ICESCO-nun Azərbaycanla sıx əməkdaşlığından bəhs edilib, həmçinin təşkilat ilə AR XİN, eyni zamanda AR-in Rabatdakı Səfirliyi arasında gələcək əməkdaşlıq planlarına dair müzakirələr aparılıb. Вернуться назад |