Главная > Siyasət > Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya "Dostluq" ordenini təqdim edib - FOTO

Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya "Dostluq" ordenini təqdim edib - FOTO


22-11-2019, 22:51. Разместил: azadses
Rusiya prezidenti Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya “Dostluq” ordeni təqdim edib.
Azadses“RİA Novosti”yə istinadən xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyada rəsmi səfərdədir.
Rusiya prezidenti V.Putin Mehriban Əliyevaya dövlət mükafatını Novo-Oqaryovadakı iqamətgahında təqdim edib. Rusiya prezidentinin sözlərinə görə, ordenin adı məhz Mehriban xanım Əliyevanın Rusiya-Azərbaycan münasibətləri üçün gördüyü işləri əks etdirir. Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya prezidentinin onu əsl dost adlandırmasını qürur hissi ilə qarşıladığını bildirib.





Вернуться назад