Главная > Siyasət / Manset > Ya birgəyaşayış, ya da hərbi əməliyyatlar - TƏHLİL

Ya birgəyaşayış, ya da hərbi əməliyyatlar - TƏHLİL


22-12-2022, 17:47. Разместил: admin
Ya birgəyaşayış, ya da hərbi əməliyyatlar - TƏHLİL

Şuşa-Xankəndi yolunda aksiyalar, səslənən şüarların xarakteri Azərbaycan dövlətinin və ictimaiyyətinin müharibə tələblərinə deyil, sülh modeli əsasında firavan birgəyaşayış ideyalarına kökləndiyinin indikatorudur. Beynəlxalq aləmdə ermənilərin mənəvi himayəçisinə çevrilənlər və ya belə görünməyə çalışanlar bunu dərk edirlər, sadəcə, bəyanatlarındakı qıy-qışqırıq müəyyən maraq toqquşmasının təzahürləridir.

Azərbaycan özünə edilmiş vəhşilikləri, soyqırımlarını unutmur, ancaq regionun və bölgə xalqlarının gələcəyi üçün sülh səhifələri açmaq yolunda inamını sərgiləyir.

Bu inam kiməsə xoş gələ bilər, kimisə naxoşlandıra bilər, ancaq regionda ermənilərin çürük ideyalarını təmir edərək ona yeni məzmun qazandırmaq Azərbaycan üçün də lazımdır.

Azərbaycan cəhd edir ki, Ermənistana sülh üçün əl uzatsın, hələ münaqişə zamanında da bu cür addımlar atılıb, lakin İrəvan öz xəstə təxəyyülündən qopmadığından Bakının xoşməramlı istəkləri reallıqların tələblərinə cavab vermir.

Belə olan təqdirdə Azərbaycan güc yolu ilə sülhü təmin etmək siyasətinə gedir, çünki sülh üçün zərərli olan ideyalar, qüvvələrin mövcudluğu təhlükəsizliyi təhdid edir.

Ona görə də Azərbaycan hərbi tətbiqləri sülhə gedən yolun əsas elementi qismində dövriyyəyə salır, postmünaqişə dövründəki qısamüddətli əməliyyatlardan sonra İrəvanın ağıllanacağını düşünür.

İrəvan isə yola gəlmir, bunun fonunda həm Ermənistanın daxilində, həm də Azərbaycan ərazilərində - Qarabağda yaşayan bəzi ermənilər arasında revanşizm hissləri coşur.

Bu, artıq təhlükəsizlik məsələsidir, özü də xaricdən püskürdülən və daxili sabitliyi pozan təhdidlərdir, bununla belə, Bakı səbir göstərərək Qarabağdakı erməniləri sülh reseptləri ilə cəlb etməyə çalışır.

Azərbaycanın cızdığı dairənin cazibəsinə düşən ermənilər də var. Çünki Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə yaşayan ermənilərin mümkün təxribatları önündə elə sədlər tikir ki, onların inteqrasiyadan başqa yolu qalmır.

Birgəyaşayış zamanın və yeni reallıqların tələbidir, ancaq ermənilər də gərək bunu düzgün dəyərləndirsinlər və etnik düşmənçilik xəttindən ayrılsınlar, hərçənd ki, onların xarakterindəki bu düyünün açılması müşküldür.

Bununla belə, Azərbaycan xeyli effektiv səylər göstərir, hətta mümkündür ki, dövlətin strateji kuluarlarında birgəyaşayış modeli üçün proqramın hazırlanması təlimatları da verilib.

Dediyimiz kimi, ermənilər Azərbaycan torpaqlarında yaşamaq istəyirlərsə, yalnız Bakının tələblərinə, təkliflərinə boyun əyməlidirlər, çünki onların başqa yolu da qalmayıb.

Əks təqdirdə Azərbaycan ərazisini tərk etməli, ya Ermənistan, ya da həmin ermənilərə canıyananlıq edən ölkələr onlara vətəndaşlıq tanımalıdır.

Ermənilər üçüncü varianta köklənsələr, yəni Qarabağa status istəsələr və ya ayrıca subyekt kimi qurum təsis etməyə cəhd göstərsələr, onda Azərbaycan hərbi alətlərini işlədəcək. Azərbaycan Qarabağda hərbi güc işlətsə, bunu antiterror əməliyyatı kimi təfsir etmək hüququnu özündə saxlayacaq.

Hərbi güc alətlərinin bir qismi Ermənistanla sərhədə yönələcək, çünki Qarabağdakı ermənilər stimulu həm də İrəvanın ikibaşlı mövqeyindən alırlar. Sərhəddəki döyüşlər isə xaricdən gələn təhdidlərə qarşı genişmiqyaslı hərbi əməliyyat kimi təfsir ediləcək.
Вернуться назад