Главная > Siyasət / Manset > Oleq Bondarenko: “Serbiyada Qarabağ nümunəsini xatırlayırlar”

Oleq Bondarenko: “Serbiyada Qarabağ nümunəsini xatırlayırlar”


22-12-2022, 13:21. Разместил: admin
Oleq Bondarenko: “Serbiyada Qarabağ nümunəsini xatırlayırlar”

Serbiya Prezidenti Aleksandar Vuçiç dekabrın 20-də Azərbaycana səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyevin Aleksandar Vuçiçlə təkbətək görüşü olub. Daha sonra Serbiya prezidenti mətbuat nümayəndələri qarşısında çıxış edib.

Qeyd edək ki, Serbiya Prezidenti Aleksandar Vuçiçin səfəri tanınmamış Kosovo ətrafında cərəyan edən çətin vəziyyətin fonunda baş verib.

Artıq məlumdur ki, Bakıda iki ölkə arasında enerji, müdafiə sahəsində əməkdaşlıq və təbii olaraq Azərbaycan və Serbiyanın ərazi bütövlüyü məsələləri müzakirə olunub.

“Balkanist” layihəsinin təsisçisi, Rusiya Proqressiv Siyasət Fondunun direktoru Oleq Bondarenko Serbiya prezidentinin Azərbaycana səfərini və Kosovo ətrafında yaranan böhranı Oxu.Az-a şərh edərkən söyləyib ki, təbii ki, Bakıda iki ölkə arasında ilk növbədə enerji məsələləri müzakirə olunub.

“Bütün bu məsələlər siyasətin davamı deməkdir. Bakı ilə Belqrad arasında praktiki dostluq və tərəfdaşlığın başlanğıcı ilə yeni imkanlar pəncərəsi açılır ki, bu da bizə ilk baxışdan tanış gələn məqamlara yeni rakursdan nəzər salmağa imkan verir. Mən sizə bir misal çəkə bilərəm. Noyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin Belqrada səfəri baş tutmuşdu. Və məlumdur ki, səfər zamanı Kosovodakı vəziyyət müzakirə edilib. Aleksandr Vuçiç açıq şəkildə bildirib ki, Bakı dünya birliyi tərəfindən Azərbaycan ərazisinin bir hissəsi kimi tanınan Qarabağı öz nəzarəti altına qaytara bilib. Beləliklə, Serbiya heç olmasa Kosovonun və ya onun bir hissəsinin qaytarılmasını arzulaya bilər.

Heç Vuçiçin bəyanatlarından iki həftədən çox vaxt keçməmiş Serbiya hökumətinin Metoxiya və Kosovo məsələləri üzrə ofisinin rəhbəri Petar Petkoviç son 20 ildə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinin bəndinin tətbiqinin mümkünlüyündən danışıb. Sözügedən qətnaməyə əsasən, Kosovo ərazisində serblər üçün təhlükə yaranarsa, Serbiya oraya 1 000 nəfərədək təhlükəsizlik qüvvələri kontingentini yeridə bilər. 2000-ci ildən bəri Belqraddakı rəsmilərdən heç kim qətnamənin bu bəndini xatırlatmırdı. Artıq KFOR-la (NATO-nun rəhbərliyi ilə Kosovoda təhlükəsizliyi təmin etmək məqsədilə təşkil olunmuş sülhməramlı qüvvələr - red.) razılaşdırmanı həyata keçirmək üçün müvafiq sorğu da göndərilib. Yəni Belqrad bu qaydanı tətbiq etməyə hazırdır.

Düşünürəm ki, Aleksandar Vuçiç bir siyasətçi olaraq Qarabağ və Kosovo arasında paralellər aparır və bu müqayisənin aparılması təbiidir. İki il əvvəl Qarabağda müharibə oldu, bir çox ölkələr narahatlığını bildirdi, vasitəçilik yardımı təklif etdilər. Amma heç kim sərt bəyanatlar verməyə, bütün dünyanın Azərbaycanın ərazisi kimi tanıdığı ərazilərin bu ölkə tərəfindən işğaldan azad edilməsinin əksinə çıxa bilmədi. Serbiyada bu nümunə xatırlanır. Qarabağ Azərbaycana qayıtdı, bəs Kosovonu niyə Serbiyanın suverenliyi altına qaytarmaq olmasın? Bundan başqa, BMT-yə üzv ölkələrin əksəriyyəti Kosovonun müstəqilliyini tanımır”.
Вернуться назад