Главная > Siyasət / Manset > Müdafiə naziri Türkiyəyə səfər edib - YENİLƏNİB

Müdafiə naziri Türkiyəyə səfər edib - YENİLƏNİB


20-12-2022, 20:19. Разместил: admin
Müdafiə naziri Türkiyəyə səfər edib - YENİLƏNİB

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün dekabrın 20-də Türkiyəyə səfər edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, keçiriləcək görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılacaq.

17:40

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Türkiyədə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla ikitərəfli formatda görüş keçirəcək.

APA xəbər verir ki, məlumatı Gürcüstan Müdafiə Nazirliyi (MN) yayıb.

Bildirilib ki, görüş Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Kayseridə keçiriləcək üçtərəfli görüşü çərçivəsində baş tutacaq.

Cuanşer Burçuladzenin Türkiyə müdafiə naziri Hulusi Akarla da ikitərəfli görüş keçirəcəyi qeyd olunub.

Tərəflərin regiondakı təhlükəsizlik mühiti, həmçinin üçtərəfli formatda cari və gələcək əməkdaşlıq planlarını müzakirə edəcəkləri qeyd olunub.
Вернуться назад