Главная > Siyasət > “3+3” formatında ikinci görüş yaxın aylarda baş tuta bilər
“3+3” formatında ikinci görüş yaxın aylarda baş tuta bilər10-12-2022, 11:58. Разместил: admin |
“3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) regional əməkdaşlıq platformasının ikinci iclası yaxın aylarda baş tuta bilər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib: “Hazırda 3+3 formatında ikinci görüşün keçirilməsi ilə bağlı təşkilati üsullar üzərində iş aparılır. Ümid edirik ki, görüş yaxın aylarda baş tutacaq. Bütün iştirakçıların əhvali-ruhiyyəsinə əsasən, Gürcüstana dəvət göndərilə bilər”. Onun sözlərinə görə, Rusiya Federasiyası iştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi maraqları naminə “3+3” məsləhətçi regional platformasına olan tələbata əmindir. Xatırladaq ki, “3+3” platformasına üzv ölkələrin ilk iclası ötən ilin dekabrında Moskvada baş tutub. Вернуться назад |