Главная > Siyasət > Millət vəkili: “Fransa söhbətə “fransız” qalıb” - VİDEO
Millət vəkili: “Fransa söhbətə “fransız” qalıb” - VİDEO2-12-2022, 18:47. Разместил: admin |
“Fransanın qətnamələri təəccüb hissi doğurmur. Çünki 44 günlük Vətən müharibəsində də Fransa Ermənistana açıq şəkildə dəstək verdi”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Nurlan Həsənov deyib. O qeyd edib ki, Fransa Cənubi Qafqazda sülh prosesini pozmağı hədəfləyir. “Söhbətə fransız qalmaq”, - deyə bir deyim var. Bu qətiyyən etnik mənsubiyyətə deyil, mənəviyyata bağlı bir deyimdir. Fransanın qərəzli qətnamələri, Vətən müharibəsi dövründə etdikləri onu Cənubi Qafqaz, Qarabağ, Azərbaycan-Ermənistan münasibətləri mövzularında söhbətə “fransız” qalmaq vəziyyətinə gətirir”, - deyə millət vəkili əlavə edib. Ətraflı videonu təqdim edirik: Вернуться назад |