Главная > Siyasət > İtaliya MN Ukrayna hərbçilərinin ölkədə təlim keçmədiyini bildirdi

İtaliya MN Ukrayna hərbçilərinin ölkədə təlim keçmədiyini bildirdi


2-12-2022, 13:41. Разместил: admin
“Bəzi KİV-lərdə Ukrayna hərbçiləri üçün İtaliyada keçirilən təlim fəaliyyətlərindən bəhs olunur. Bununla əlaqədar qeyd edək ki, İtaliyada heç bir təlim keçirilməyib”.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İtaliya Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirliyin məlumatına görə, bu günə qədər Müdafiə Nazirliyi Almaniyaya yalnız 4 hərbi qulluqçu göndərib. Bildirilib ki, hazırda “Time” olan Avropa qrupu gələcəkdə mümkün təlim dövrlərini planlaşdırır.

Qeyd edək ki, daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanın təhlükəsizliyi məsələlərinə həsr olunmuş mətbuat konfransında ABŞ və NATO-nun Ukraynadakı münaqişədə bilavasitə iştirak etdiyini, silah-sursat tədarük etdiyini və hərbi kadrların hazırlanmasında iştirak etdiyini bildirmişdi. Onun sözlərinə görə, hərbçilərin təlimi Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə həyata keçirilir.
Вернуться назад