Главная > Siyasət > Mikayıl Cabbarov: “Torpaqlarımızın işğaldan azad olunması iqtisadiyyatımız üçün yeni perspektivlərə yol açır”
Mikayıl Cabbarov: “Torpaqlarımızın işğaldan azad olunması iqtisadiyyatımız üçün yeni perspektivlərə yol açır”1-12-2022, 13:42. Разместил: admin |
“Kiçik və orta biznesin inkişafı ölkənin inkişaf tempini gücləndirir”. Oxu.Az xəbər verir ki, bunu KOBİA və Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) təşkilatçılığı ilə “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda INSME-nin 18-ci illik toplantısında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, ölkənin inkişafına təsir edən amillərdən biri işğal idi: “Torpaqlarımızın işğaldan azad olunması iqtisadiyyatımız üçün yeni perspektivlərə yol açır, iqtisadiyyatın inkişafında böyük rol oynayır. Ölkənin inkişafına təsir edən böyük amillərdən biri işğal, əhalinin məcburi köçkünə çevrilməsi idi. Bu, iqtisadi tənəzzülə gətirib çıxaran amil idi. Ərazilərimizi iki il öncə azad etdik. Bərpa işləri aparırıq. Burada insan kapitalının böyük rol oynadığını görə bilərik. Siyasətin və iqtisadiyyatın inkişafı göz önündədir”. Вернуться назад |