Главная > Siyasət / Manset > Ərdoğan: “2023-cü il seçkilərində qələbə qazanmağımıza heç kim mane ola bilməz”
Ərdoğan: “2023-cü il seçkilərində qələbə qazanmağımıza heç kim mane ola bilməz”27-11-2022, 19:33. Разместил: admin |
“2023-cü il seçkilərində tariximizin ən böyük qələbəsini qazanmağımıza heç kim mane ola bilməz”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NEF Stadionunda keçirilən “İstanbulun vədi: Birlik, İradə, Zəfər Proqramı”nda çıxışında deyib. “Maliyyədən terrora qədər bütün vasitələrdən istifadə edərək xalqımızı boğmağa çalışan qlobal baronlara, imperialist quldur dəstələrinə təşəkkür etməyəcəyik. Evdən, küçədən, seçki qutusundan və məhəllədən möhkəm yapışsaq, 2023-cü il seçkilərində tariximizin ən böyük zəfərini qazanmağımıza heç kim mane ola bilməz”, - Ərdoğan bildirib. Prezident vurğulayıb ki, Türkiyənin sərhədləri xaricində öz təhlükəsizliyi üçün təyin etdiyi ərazilərdə hər cür sərəncam hüququ var. “Bu hüquqdan istifadə etməyimizə heç kim mane ola bilməz”, - dövlət başçısı bəyan edib. Вернуться назад |