Главная > Siyasət > Pyotr Petrovski: “Baş verənlər Ermənistana zərbədir”
Pyotr Petrovski: “Baş verənlər Ermənistana zərbədir”25-11-2022, 16:13. Разместил: admin |
“KTMT-nin birgə bəyannaməsini imzalamaqdan imtina etməsi Ermənistanın xarici siyasətində dərin böhranın olduğunu göstərir”. Bunu Oxu.Az-a şərhində belaruslu politoloq, “Şimali Avrasiya” İnteqrasiya Araşdırmaları Mərkəzinin eksperti Pyotr Petrovski deyib. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının birgə bəyannaməsini imzalamaqdan imtina etməsi faktının özlüyündə KTMT-yə zərbə olması ilə bağlı suala cavabında Petrovski bunu təsdiqləyib. Həmçinin politoloq 2018-ci ildə Ermənistan hakimiyyətinin KTMT-nin baş katibi - Ermənistan nümayəndəsi Yuri Xaçaturovu həbs etməsinə də münasibət bildirib. Petrovski İrəvanın həmin hadisədən sonra KTMT-yə “özünün” yeni baş katibinin təyin edilməsi ilə bağlı uzun müddət etdiyi mübahisələr, bu postu Belarus generalı Stanislav Zasın tutması ilə bağlı da şərh verib. “Baş verənlər Ermənistana zərbədir. KTMT-nin birgə bəyannaməsini imzalamaqdan imtina etməsi Ermənistanın xarici siyasətində dərin böhranın olduğunu göstərir (daxili siyasətdən heç danışmıram). Bir daha faktların üzərindən keçəcəyəm. 2020-ci ildən bəri bəyanatlar imzalandı, Ermənistan öz üzərinə öhdəliklər götürdü. Sonra Ermənistan bəyanatların vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyə əməl etmədi. Daha sonra eskalasiyaya başladı və bundan sonra da razılaşmaları yerinə yetirmədiyini gizlətmək üçün KTMT-ni bu işə cəlb etməyə çalışdı. Bu artıq həm də erməni dövlətçiliyində böhranın olduğunu deməyə əsas verir”, - deyə Petrovski qeyd edib. Politoloqun sözlərinə görə, erməni cəmiyyətində müəyyən parçalanmalar gedir. “Bir tərəfdən, revanşizm və millətçilik mövcuddur. Digər tərəfdən, yorğunluq hiss olunur. Sözdə onlar hamısı millətçi və revanşistdir, lakin sözləri ilə əməlləri üst-üstə düşmür. Bir məqam da var: dünyada erməni diasporları ilə nə baş verdiyinə diqqət edin, onlar İrəvanın avantüralarına qarışmaqda elə də həvəsli görünmürlər. Beləliklə, Ermənistan bu gün yolayrıcındadır. Ölkə KTMT-nin üzvü olduğu üçün bu həm də bumeranq rolunu oynayaraq təşkilatı da vura bilər. Xəstənin qızdırması olanda, qarabasma görəndə və özünü idarə edə bilməyəndə bundan bütün ətrafdakılar da əziyyət çəkirlər”, - deyə ekspert vurğulayıb. Вернуться назад |