Главная > Siyasət / Manset > Rusiyalı politoloq: “KTMT Azərbaycan ilə hər hansı münaqişənin əleyhinədir”
Rusiyalı politoloq: “KTMT Azərbaycan ilə hər hansı münaqişənin əleyhinədir”23-11-2022, 16:54. Разместил: admin |
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bütün üzvlərinin mövqeyi bəllidir - onlar Azərbaycan ilə hər hansı münaqişənin əleyhinədirlər”. Bunu “Report”un Rusiya bürosuna rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib. Politoloq bildirib ki, KTMT dövlət başçılarının İrəvan görüşü Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baxımından əhəmiyyətli olacaq. O vurğulayıb ki, təşkilat çərçivəsində hərbi əməkdaşlıqla yanaşı, Rusiya ilə Ermənistan arasında bu sahədə ikitərəfli sazişlər də mövcuddur. Belə bir şəraitdə İrəvan Moskvaya təzyiq edir, daha aktiv yardım tələb edir, əks halda Qərbə - Fransaya, ABŞ-a, NATO-ya üz tutmaqla hədələyir. S.Markov Rusiya və Ermənistan liderləri arasında gözlənilən ikitərəfli danışıqların əhəmiyyətinə də toxunub: “Məhz Putin ilə Paşinyan arasında ikitərəfli danışıqlar nəticəsində ola bilsin ki, ciddi və əsaslı dəyişikliklər baş verəcək. Görüşdə sülh müqaviləsinin hazırlanması və imzalanması, nəqliyyat dəhlizləri məsələsi kimi praktiki məsələlər də müzakirə olunacaq. Rusiya Ermənistanı Zəngəzur dəhlizinin açılmasına razılıq verməyə, eləcə də Azərbaycan ilə sərhədin demarkasiyası və delimitasiyası məsələlərinin həllinə sövq edir”. Вернуться назад |