Главная > Siyasət / Manset > “Bu qətnamə Fransanın Azərbaycana qarşı qeyri-səmimi, riyakar və qərəzli olduğunu göstərir” - RƏY + FOTO
“Bu qətnamə Fransanın Azərbaycana qarşı qeyri-səmimi, riyakar və qərəzli olduğunu göstərir” - RƏY + FOTO16-11-2022, 14:27. Разместил: admin |
“Bu bədnam qətnamə Fransanın Azərbaycana qarşı, qeyri-səmimi, riyakar və qərəzli olduğunu göstərir”. “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O bildirib ki, ötən gün Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə Fransanın ermənipərəst mövqeyinin sübutudur: “Hər nə qədər vasitəçilik təşəbbüsləri göstərən kimi görünmək istəsə də, bu ölkə hər zaman Ermənistanı dəstəkləyib. Senatın qəbul etdiyi qətnamə isə nəinki Ermənistanı dəstəkləməkdir, bütün beynəlxalq hüquq və prinsiplərə ziddir. Başdan-ayağa böhtan və iftiralarla dolu qətnamədə birmənalı şəkildə Azərbaycana qarşı düşmən münasibət var. Azərbaycana Ermənistan torpaqlarından geri çəkilmək, Laçın dəhlizindən çıxmaq kimi çağırışlar, qondarma DQR-in tanınması kimi cəfəng fikirlərdən ibarət bu kağız parçası Fransanın həqiqi simasını göstərir”. Deputat vurğulayıb ki, qətnamə həm də Azərbaycanın daxili işinə müdaxilədir: “Qarabağın erməni əhalisinin hüquqları Azərbaycanın daxili məsələsidir. Tarixi qara ləkələrlə dolu olan bir ölkənin Azərbaycanla bağlı belə absurd ittihamlar irəli sürməsi də ironik və gülüncdür. Fransa öz tarixinə nəzər salsın. 50-dən artıq dövlətin ərazisini işğal etmiş bu müstəmləkəçi ölkə işğal etdiyi ölkələrdə yaşayan milyonlarla insanı qətlə yetirib, soyqırımı törədib, həmin əraziləri talan edib”. Deputatın sözlərinə görə, o qədər də uzaq olmayan qanlı tarixini unudan Fransanın başqalarına humanizm, demokratiya, hüquq dərsi keçməyə haqqı yoxdur: “Bütün bunlara baxmayaraq, bu ölkənin hələ də vasitəçilik iddiası yumşaq desək, həyasızlıqdır. Fransa bu qətnamə ilə bütün vasitəçilik imkanlarını itirdi. Bu kağız parçasının bir hüquqi qüvvəsi olmasa da, Ermənistandakı revanşistləri və separatçıları cəsarətləndirməyə və məsələnin yenidən hərbi müstəviyə keçməsinə xidmət edir. Halbuki, bu ölkənin prezidenti Emmanuel Makron qətnamə qəbul edilməmişdən əvvəl Azərbaycan Prezidentinə zəng edərək “tərəfsiz vasitəçilikdən”, Fransanın Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə “töhfə vermək istəyindən” danışmışdı. Bu, bir daha Fransanın Azərbaycana qarşı qeyri-səmimi, riyakar və qərəzli olduğunu göstərir”. Вернуться назад |