Главная > Siyasət / Manset > Deputat: “Hollivud rejissorları ilə birgə Qarabağa aid film çəkilməlidir, xəsislik edilməməlidir”

Deputat: “Hollivud rejissorları ilə birgə Qarabağa aid film çəkilməlidir, xəsislik edilməməlidir”


11-11-2022, 16:43. Разместил: admin
“Hollivud rejissorları ilə birgə Qarabağa aid film çəkilməlidir. Büdcədə film sahəsinə ayrılan xərclərdə xəsislik edilməməlidir”.

“Report” xəbər verir ki, bunu deputat Vüqar İskəndərov “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı parlamentdə keçirilən birgə iclasda çıxışı zamanı deyib.

O qeyd edib ki, artıq ermənilər Hollivud səviyyəsində təqdim oluna biləcək bir neçə film çəkib:

“Həmin filmlər yalan və saxtakarlıq üzərində qurulsa da, beynəlxalq arenada nümayiş etdirilir”.
Вернуться назад