Главная > Siyasət > Ekspert: “İran təkcə daxildə yox, həm də xaricdə vəhşiliklərin törədilməsinə şərait yaradır”
Ekspert: “İran təkcə daxildə yox, həm də xaricdə vəhşiliklərin törədilməsinə şərait yaradır”10-11-2022, 16:43. Разместил: admin |
“İran təkcə ölkə daxilində barbarlıq etmir, həm də xaricdə törədilən vəhşiliklərdə iştirak edir və Ukraynaya qarşı istifadə etmək üçün Rusiyaya müxtəlif silahlar verməklə belə hərəkətlərə şərait yaradır”. Bunu “Report”a açıqlamasında ABŞ Demokratiyaları Müdafiə Fondunun hökumətlə əlaqələr və strategiya üzrə baş vitse-prezidenti Tobi Derşovits deyib. “Bunun qarşısını almaq bizim kollektiv maraqlarımıza cavab verir. Amma biz buna qorxularımıza və risklərə görə məhəl qoymuruq. Rusiyanın Ukraynadakı vəhşiliklərinə töhfə vermək adi, normal davranış kimi qəbul edilməməlidir”, - o bildirib. Onun sözlərinə görə, İran xalqı taleyini özü həll etməli və etirazların hansı istiqamətdə irəliləyəcəyinə qərar verməlidir. T.Derşovits vurğulayıb ki, İslam rejimi öz hakimiyyətindən daha çox əhalisinin qayğısına qalarsa, bu zülmə son qoyacaq. Vitse-prezident bunun mümkün olmadığını əlavə edib və bildirib ki, İranda etirazçılar ölkə rəhbərliyində dəyişiklikləri, eləcə də İran xalqının hüquqlarını təmin etmək üçün beynəlxalq ictimaiyyətə güvənməli olacaqlar: “Beynəlxalq ictimaiyyət beynəlxalq məhkəmələrdə, forumlarda və təhlükə yarandıqda, lazım gələrsə, döyüş meydanında məsuliyyət nümayiş etdirməlidir”. Вернуться назад |