Главная > Siyasət > Rusiyalı aparıcının üzünü güldürən “səxavətli kobra”: Rubenin Qarabağdan qaçmağa nə qədər vaxtı qalıb?
Rusiyalı aparıcının üzünü güldürən “səxavətli kobra”: Rubenin Qarabağdan qaçmağa nə qədər vaxtı qalıb?9-11-2022, 17:39. Разместил: admin |
İlanın ağına da lənət, qarasına da... Atalarımız bu sözləri əbəs yerə deməyiblər. İndiki məqamda bu sözlər Rusiya telekanallarında aparılan iyrənc təbliğat kampaniyasını ifşa edək üçün olduqca uyğun gəlir. Bu ölkənin telekanallarında bir sıra siyasi dairələrin sifarişi əsasında Azərbaycana dil uzadanlar kim, erməni təbliğat maşınının verdiyi rublları bank hesablarından çıxarmamış efirə qaçıb yaltaqlananlar, kim... Bu ilanların ağ və ya qara olmasından asılı olmayaraq, məqsəd və məramları, mahiyyətləri eynidir. Onların bölgüsü isə sadəcə sifarişçinin kimliyindən və verəcəyi “mükafat”dan asılıdır. Telekanalların bəzəyi olan “ekspert”ləri bir kənara qoyaq, bu obyektlərin özündən danışaq bir az da... Demək olar ki, istisnasız Kreml maraqlarına xidmət edən Rusiya televiziyalarının bölgüsündə isə qaradan savayı ağ və ya ağa çalan hansısa rəngi tapmaq mümkünsüz görünür. Ancaq yenə də bu ada ən iddialı kimi “Dojd” telekanalını göstərənlər vardı. “Dojd”un ağa çalan zahirinin altında isə əsl əfi ilan gizləndiyindən çoxları, bəlkə də, xəbərsiz olub. Ancaq telekanalın aparıcısı Yekaterina Kotrikadze fəaliyyət göstərdiyi qurumun da Rusiya mediasının çirkab içindəki vəziyyətindən xali olmadığını birmənalı olaraq göstərmiş oldu. Elə Rusiyada bəzilərinin mediadakı iftixar yeri olan “Dojd”un da ağ və ya qara olması fərq etmədən iyrənc oyunların məkanı, əfi ilanların oylağı olduğunu hər kəsə sübut etdi. Azərbaycana qarşı erməni təbliğat maşının və Kremlin bir sıra dairələrinin maraqlarının ortaq kəsişmə nöqtəsi olaraq son günlər seçilmiş bir fiqur xüsusən diqqət çəkir. Bu, riyakar xislətli medianın “kral kobrası”, erməni oliqarx Ruben Vardanyandır.Elə Rusiya mediasının “ağ ilanı” kimi görünən “Dojd” da öz iç üzünü məhz Ruben Vardanyan vasitəsilə ifşa edib. “Dojd”un efirində Yekaterina Kotrikadze proqramına bu sözlərlə başlayır: “Rusiya biznesindən baş nazirliyə”. Əslində, təkcə aparıcının Vardanyanın adını çəkərkən simasında yaranan təbəssüm və gözlərindəki parıltı “kral kobra”nın efir üçün olduqca səxavətli bir qonaq olduğunu aşkar şəkildə ortaya qoyur. Elə onun təqdimatındakı “baş nazir” ifadəsi belə, görünür, “Dojd” üçün bir neçə aylıq fəaliyyət xərclərini qarşılamağa bəs edir. Əks halda bu riyakar təbəssümü və Ruben Vardanyana sevgi dolu nəzərləri izah etmək müşkül məsələyə çevrilir. Rusiya vətəndaşlığından imtina edərək Qarabağa yollanan, əslində isə sadəcə qabığını dəyişib separatçılara qoşulan və öz mahiyyətini qoruyub saxlayan Vardanyan “Dojd”un efirində Azərbaycana qarşı son dövrdə aparılan kampaniyanın növbəti mərhələsini icra edib. O, sülhməramlıların mandatının artırılmasından tutmuş, separatçıların danışıqlar masasında oturmasına kimi bir çox cəfəng bəyanatlarını səsləndirmək üçün münbit şərait tapıb. Sülhməramlılarla bağlı danışarkən onun çıxışında Kremlin “məsələ gələcək nəsillərə saxlanılmalıdır” tezisinin də çalarları gözdən qaçmır. Hər halda separatçıların hansısa masada bərabərhüquqlu tərəf kimi çıxış etməsi xülyası yalnız sülh prosesini yubatmağa və yekunda pozmağa yönəlmiş addım olaraq xarakterizə oluna bilər. Bu məqamda aparıcı beynəlxalq ictimaiyyətin Ukrayna və Qarabağdakı müharibələrə fərqli münasibətindən bəhs etməyə başlayır. Hər halda bütün bu çirkabın içində Kotrikadze nəhayət iki ağzından düz söz çıxarır. Onun haqlı olduğu isə sadəcə iki məqam var. Bunlardan birincisi dünya ictimaiyyətinin Qarabağla bağlı göstərdiyi ikili standartlar, ikincisi isə Rusiyanın apardığı müharibənin mahiyyətidir. Bəli, dünya ictimaiyyəti Qarabağdakı müharibədə işğalçıya, qəsbkar Ermənistana qarşı “bitərəf” qalaraq ikili standartlar göstərib, Rusiyanın işğalçı müharibəsinə isə dünya ictimaiyyətinin reaksiyası kifayət qədər tutarlı olub. Ancaq Kotrikadze unudur ki, onun sifarişli mühakiməsində müqayisə predmetləri bir-birinə daban-dabana ziddir. Ukrayna işğala məruz qalan olduğu halda, Ermənistan işğalçı və təcavüzkar dövlətdir. Aydın məsələdir ki, gürcü soyadlı aparıcı bu fikirləri ilə Ermənistanı qurban kimi qələmə verməyə cəhd edib. Lakin istənilən halda işğalçı və təcavüzkar təsnifatındakı ikili standartla öz proqramının və məqsədinin iyrənc tərəflərini nümayiş etdirib. “Dojd”dan öncə isə RBK və “Kommersant” kimi nəşrlər də eyni bataqlıqda olduqlarını ortaya qoyublar. Onları buna Ruben Vardanyanın və arxasındakı erməni təbliğat maşınının pulları, ya da Kreml siyasətinin əlaltılarının sifarişinin sövq etdiyi də gün kimi aydındır. Ruben Vardanyanın öz çıxışında səsləndirdiyi tezislər, Azərbaycana qarşı riyakar fikirlər məhvə məhkumdur. Erməni oliqarxın və erməni diasporunun Rusiya mediasının başına səpilən pulları bu ölkənin mətbuatı üçün nə qədər cəlbedici görünsə də, siyasi dairələrin tapşırıqlarını bir o qədər şövqlə, canla, başla yerinə yetirsələr də bütün bunlar ali həqiqəti dəyişmək iqtidarında deyil. “Kral kobra”nı efirə çağıranlar da, onun pulları gözlərini boyayanlar da anlamalıdır ki, Azərbaycan bütün bu iyrənc oyunların öhdəsindən gəlməyə qadirdir. “Dəmir yumruq” yerindədir və həmin qüdrət təkcə düşmənin məkrli planlarını, ordusunu və texnikasını deyil, həm də əfi ilanın başını əzməyə hazırdır. Hansısa oliqarxın separatçılara qoşulması, bu gün onun Rusiya mətbuatında fəal təbliğatının aparılması yekun nəticəyə zərrə qədər təsir göstərə bilməyəcək. Ruben Vardanyanın bəh-bəhlə bəhs etdiyi Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağı tərk edəcəklər. Azərbaycan öz suveren ərazilərində öz qanunları çərçivəsində dinc həyatı təmin edəcək. Bu zaman, sözsüz ki, separatçılar Qarabağdan qaçış üzrə yeni rekordlara imza atacaqlar. Bəlkə də, Ruben Vardanyanın fiziki imkanları onu rekordçular sırasına düşməyə qoymayacaq, ancaq bu zaman da Rusiya qazandığı rublların hesabına separatçıların çiyinlərində və ya hansısa zirehli texnikanın üstündə gəldiyi yerə qayıtmalı olacaq. Sonda “kral kobra”nın “masa”da oturmaq arzusunun çin olacağı bir ehtimalı da vurğulamaq yerinə düşər. R.Vardanyanın arzuladığı masada yeri bir halda mümkün ola bilər. O halda ki, R.Vardanyan tipik erməni xislətinə və genlərinə zidd olaraq bir balaca ürəkli çıxar və qeyd olunan dövrdə qaçıb aradan çıxmaz. Bəlkə, həmin vaxt o lap elə paytaxtımız Bakıda da masada əyləşə bilər. Bu masanın hansı olacağını isə təxmin etmək çox da çətin deyil. Ruben üçün vaxt getdikcə azalır. Birdə gördü ki, “Dojd”un efirində Kotrikadzenin yanına bu günləri üçün göz yaşı tökür... Вернуться назад |