Главная > Siyasət > Borrell Türkiyəyə təşəkkür etdi

Borrell Türkiyəyə təşəkkür etdi


6-11-2022, 09:49. Разместил: admin
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Beynəlxalq Forumda iştirak etmək üçün gəldiyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Görüşdən sonra sosial media hesabından açıqlama verən Borrel, nazir Çavuşoğlu ilə görüşdüklərini Qara Dəniz Taxıl Təşəbbüsünü dəstəklədiyi, qidanın silah kimi istifadəsinin qarşısını aldığı və qlobal ərzaq böhranları ilə mübarizə apardığı üçün Türkiyəyə təşəkkür etdiyini bildiirb.

O qeyd edib ki, görüş zamanı “narahatedici məsələlər də müzakirə olunub”.


Вернуться назад