Главная > Siyasət > Deputatlar avqustun 5-də plenar iclasa toplanır

Deputatlar avqustun 5-də plenar iclasa toplanır


3-08-2020, 11:25. Разместил: azadses
Avqustun 5-də Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçiriləcək.
Bu barədə Oxu.Az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək ki, iclasda 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.
İclasda “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında” qanunlara, İnzibati Xətalar Məcəlləsinə, İşsizlikdən sığorta fondunun, Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsinə dəyişikliklər birinci oxunuşda təqdim ediləcək.

Вернуться назад