Главная > Siyasət / Manset > Ərdoğan Putinlə danışıb - YENİLƏNİB

Ərdoğan Putinlə danışıb - YENİLƏNİB


1-11-2022, 19:49. Разместил: admin
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Ankaradakı Prezident Administrasiyasından verilən açıqlamaya görə, görüşdə regional məsələlər, xüsusilə Rusiya-Ukrayna müharibəsindəki son hadisələr müzakirə edilib.

Görüş zamanı prezident Ərdoğan taxıl daşınması üzrə İstanbul sazişinin icrası ilə bağlı problemlərin həlli üçün konstruktiv yanaşmanın vacibliyini vurğulayıb və bunun yalnız danışıqlara qayıtmaqla mümkün olduğunu ifadə edib.

Həmçinin, Türkiyə Prezidenti “Valday” Diskussiya Klubunun toplantısındakı çıxışında Türkiyə və özü ilə bağlı səmimi açıqlamalarına görə Rusiya dövlət başçısına təşəkkür edib.

Mənbə: Haber Global

17:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları ilə telefon danışığı aparacaq.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat yayıb.

Türkiyəli diplomat bildirib ki, Türkiyə dövlət başçısı Vladimir Putin və Volodimir Zelenski ilə taxıl dəhlizini müzakirə edəcək.

“Prezidentimiz məsələ ilə şəxsən maraqlanır və biz bu məsələni həll edə biləcəyimizə inanırıq”, – M.Çavuşoğlu vurğulayıb.

O əlavə edib ki, “Taxıl müqaviləsi” bütün bəşəriyyətin taleyinə təsir edir və bu məsələni müharibədən ayırmaq lazımdır.
Вернуться назад