Главная > Siyasət > Azərbaycan-Qətər Birgə Biznes Şurası yaradılıb - FOTO
Azərbaycan-Qətər Birgə Biznes Şurası yaradılıb - FOTO31-10-2022, 09:16. Разместил: admin |
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Qətərin Ticarət və Sənaye Palatası ilə Azərbaycan-Qətər Birgə Biznes Şurasının yaradılması haqqında Saziş imzalayıb. Bu barədə Agentlik xəbər yayıb. Məlumata görə, sənədi Qətərdə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Palatanın İdarə Heyətinin üzvü Əli Bin Əbdüllətif Əl Mesned imzalayıblar. Biznes Şurası iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının ümumi vəziyyətinin, gələcək istiqamətlərinin müzakirə ediləcəyi, sahibkarlar arasında əlaqələrin təşviq olunacağı platforma olacaq. Şura ticarət-iqtisadi əlaqələrin daha da inkişafı məqsədilə sahibkarların təşəbbüslərini dəstəkləyəcək, bizneslər, o cümlədən KOB-lar arasında birbaşa əlaqələrin qurulmasına kömək edəcək, sahibkarların qarşılıqlı səfərlərini, görüşlərini, birgə seminarlar və dəyirmi masalar təşkil edəcək, iqtisadi əlaqələrin inkişafı üçün faydalı olacaq kommersiya, ticarət, iqtisadi, elmi, texnoloji və digər məlumatların mübadiləsini həyata keçiriləcək, birgə müəssisələrin və digər qarşılıqlı əməkdaşlıq formalarının yaradılmasına və fəaliyyətinə dəstək verəcək. Вернуться назад |