Главная > Siyasət / Manset > Paşinyan Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb

Paşinyan Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb


29-10-2022, 19:43. Разместил: admin
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, tərəflər Aİ-nin mülki missiyasının Ermənistan-Azərbaycan sərhədyanı bölgəsindəki fəaliyyəti, regional təhlükəsizlik, sülh və sabitlik məsələləri barədə fikir mübadiləsi aparılıblar.

Görüşdə həmçinin Azərbaycanla kommunikasiyaların açılması müzakirə edilib, delimitasiya və demarkasiya komissiyalarının fəaliyyətinə toxunulub.
Вернуться назад