Главная > Siyasət / Manset > Putin: “Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ideyasını dəstəkləyir”
Putin: “Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ideyasını dəstəkləyir”27-10-2022, 21:12. Разместил: admin |
Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlamaq ideyasını dəstəkləyir. Bunu “Valday” diskussiya klubunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin bəyan edib. Bununla yanaşı, o, qeyd edib ki, Rusiya İrəvanı heç nəyə məcbur etmək fikrində deyil. “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi lazımdır, amma biz İrəvanı nəyəsə məcbur edə və ya diktə edə bilmərik. Rusiya uzun illərdir ki, İrəvanla dialoq aparıb, Qarabağla əlaqə üçün iki rayonu saxlamağı, 5 rayonu isə Azərbaycana verməyi təklif edib. Rusiya İrəvanla Bakı arasında sülh müqaviləsini dəstəkləyir. Əgər Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ üzərində suverenliyini ifadə edən Amerika variantını dəstəkləyirsə buyursunlar”, - deyə Rusiya prezidenti vurğulayıb. Вернуться назад |