Главная > Siyasət / Manset > Erməni spiker Paşinyanın Soçiyə gedəcəyini açıqladı: “İnanıram ki, görüş baş tutacaq”
Erməni spiker Paşinyanın Soçiyə gedəcəyini açıqladı: “İnanıram ki, görüş baş tutacaq”26-10-2022, 14:17. Разместил: admin |
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya liderləri - İlham Əliyev və Vladimir Putinlə görüşdə iştirak etmək üçün oktyabrın 31-də Soçiyə gedəcək. Bu barədə jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan məlumat verib. “Bəli, məndə olan məlumata görə, o gedəcək. İnanıram ki, görüş baş tutacaq”, - deyə Simonyan bildirib. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyaya üçtərəfli görüşə dəvət edib. Вернуться назад |