Главная > Siyasət / Manset > Aİ Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsini təsdiqlədi

Aİ Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsini təsdiqlədi


17-10-2022, 16:14. Разместил: admin
Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsini təsdiq ediblər.

Bu barədə məlumatı Ermənistan mediası yayıb.

Məlumata görə, Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a qədər monitorinq eksperti yerləşdiriləcək.

Bildirilir ki, monitorinq missiyası müvəqqəti xarakter daşıyacaq və prinsipcə, 2 aydan çox davam etməyəcək.
Вернуться назад