Главная > Siyasət / Manset > Fransada Azərbaycanın dostları Makronun ermənipərəst mövqeyinə etiraz ediblər
Fransada Azərbaycanın dostları Makronun ermənipərəst mövqeyinə etiraz ediblər17-10-2022, 11:47. Разместил: admin |
Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvləri Fransa prezidenti Emmanuel Makrona müraciət ünvanlayıblar. “Report”un yerli bürosu xəbər verir ki, ADA-nın üzvləri Emmanuel Makronun yerli televiziya kanalına müsahibəsi zamanı nümayiş etdirdiyi ermənipərəst mövqeyinə etiraz ediblər. Azərbaycanın Fransadakı dostları Emmanuel Makronu ikili standartlar siyasəti yürütməkdə günahlandırıblar: “Sizin üçün çox əziz olan “hamısı eyni vaxtda” təcrübənizi bir daha tətbiq edərək eyni vaxtda hamını sevindirməyə çalışırsınız. Siz Ermənistana dostluq nümayiş etdirir, eyni zamanda Azərbaycanın haqlı olduğunu deyirsiniz”. ADA-nın üzvləri Emmanuel Makronun dialoqa əsaslanan davamlı sülhün bərqərar olması üçün çalışmaq əzminə şübhə etmədiklərini bildiriblər. Onlar Fransa rəhbərini bəzi ermənipərəst fransızların fanatik çıxışlarına uymamağa çağırırlar: “Millətimizin və bütün xalqların mənafeyinə xidmət etmək üçün hər zaman beynəlxalq hüququn normaları əsas tutulmalıdır”. Вернуться назад |