Главная > Siyasət / Manset > Bayden: “Rusiyanın nüvə silahından istifadəsinə cavabı müzakirə etmişik”
Bayden: “Rusiyanın nüvə silahından istifadəsinə cavabı müzakirə etmişik”12-10-2022, 10:23. Разместил: admin |
ABŞ administrasiyası Rusiyanın Ukraynada taktiki nüvə silahından istifadə edəcəyi halda ABŞ-ın cavabını müzakirə edib. Bu barədə ABŞ Prezidenti Co Bayden deyib. “Bununla bağlı müzakirələr olub, lakin nəyi edə biləcəyimiz və edə bilməyəcəyimiz barədə danışmaq məsuliyyətsizlik olardı”, - deyə o bildirib. ABŞ prezidenti Vladimir Putinin Ukrayna münaqişəsində taktiki nüvə silahından istifadə edəcəyini düşünmür: “Onun bunu edəcəyini düşünmürəm. Həm də hesab edirəm ki, onun bu barədə danışması məsuliyyətsizlikdir”. Baydenin fikrincə, Ukraynada taktiki nüvə silahından istifadə “dəhşətli nəticələrə” gətirib çıxaracaq. Вернуться назад |