Главная > Siyasət / Manset > Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Astanada görüşəcəklər

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Astanada görüşəcəklər


11-10-2022, 19:40. Разместил: admin
Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin növbəti görüşü oktyabrın 14-də Astanada keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə Emənistan XİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, görüş Rusiya tərəfinin təşəbbüsü ilə baş tutacaq.

Xatırladaq ki, Sergey Lavrov, Ararat Mirzoyan və Ceyhun Bayramov sonuncu dəfə Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində üçtərəfli formatda görüşüblər.
Вернуться назад