Главная > Siyasət / Manset > Fərid Şəfiyev: “Ermənistanın müharibədən sonra da havadarları var”
Fərid Şəfiyev: “Ermənistanın müharibədən sonra da havadarları var”11-10-2022, 15:00. Разместил: admin |
“Bir sıra məsələlər var ki, təkcə Azərbaycandan asılı deyil. Ermənistanın işğal dövründə olduğu kimi Qarabağ müharibəsindən sonra da havadarları olduğunu görürük”. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib. O bildirib ki, buna baxmayaraq, Azərbaycan torpaqlarını işğaldan azad etməklə bağlı hədəfinə nail oldu: “Artıq bizim yeni hədəfimiz var sülh prosesi, sülh sazişi imzalamaq. Bir sıra istiqamətlərimiz də var, bunlar - mina məsələləri, hərbi cinayətlər, itkin düşmüş şəxslər, Azərbaycanın mədəni irsinin dağıdılması, maddi ziyanlar və sairdir. Bütün bu istiqamətlərdə lazımi platformalarda tədbirlər gedir”. F.Şəfiyev Qərbin baş verən hadisələrə göz yumması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib: “Mən deməzdim ki, qərb baş verənlərə tamamilə göz yumur. Məsələn, Gəncə və digər hadisələrlə bağlı “Amnesty International” təşkilatının 2020-ci ilin dekabrında dərc olunan nüsxəsi var idi. Dərc olunan məruzədə bəzi məqamlar bizi qane etmir, amma müəyyən nəticə əldə olunub. Bu istiqamətdə mütəmadi işlər aparılmalıdır. Aidiyyəti qurumlar bu məsələyə xüsusi diqqət etməlidirlər”. Вернуться назад |