Главная > Siyasət / Manset > “Praqa görüşündə qəbul olunan bəyanat rəsmi Bakının növbəti diplomatik qələbəsidir” - RƏY + FOTO
“Praqa görüşündə qəbul olunan bəyanat rəsmi Bakının növbəti diplomatik qələbəsidir” - RƏY + FOTO7-10-2022, 16:39. Разместил: admin |
“Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş xüsusi əhəmiyyət daşıyırdı. Həmin gün bir sıra mühüm sənədlərlə yadda qaldı. Görüşün yekununda qəbul olunan bəyanat rəsmi Bakının növbəti diplomatik qələbəsi sayılmalıdır. Praqa görüşündə Azərbaycan istəyinə nail olub”. Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, sənədin üzərində uzun müddət idi ki, iş gedirdi: “Azərbaycan çalışırdı ki, ərazi bütövlüyünün təmin olunmasına nail olsun və Ermənistan da bununla razılaşsın. Biz deyə bilərik ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam tanıdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 30 il gərgin əmək sərf etdiyi sənədin təsdiqinə nail olub. Sənəddə BMT Nizamnaməsi əsas götürülüb. Burada ən önəmli məsələlərdən biri də odur ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi təsdiqlənib”. Deputat bildirib ki, əvvəldən görüşdə çox ciddi müzakirələrin aparılacağı gözlənilirdi: “Bu görüş zamanı Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyanın bir sıra niyyətləri var idi. Onların Azərbaycana müəyyən təzyiq cəhdləri də istisna olunmurdu. Ancaq bu görüş zamanı onlar məqsədlərinə nail ola bilmədilər. Prezident İlham Əliyevin prinsipiallığı və qətiyyəti sayəsində beş saatdan artıq çəkən, iki hissədən ibarət olan görüşdə Azərbaycana qarşı təzyiq cəhdinin qarşısı alındı. Sonda isə bəyanat qəbul olundu”. C.Məmmədov qeyd edib ki, Praqa görüşündə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı komissiyanın işinin tezliklə keçirilməsi razılaşdırılıb: “Bu da Azərbaycanın maraqlarına cavab verir. Çünki uzun müddətdir ki, Azərbaycan tərəfi sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı müzakirə aparırdı. Nəhayət ki, bu məqsədə də nail olunub. Azərbaycanın növbəti dəfə diplomatik qələbə qazandığını tam əminliklə söyləyə bilərik. Bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məsələnin olmamasına gəldikdə isə onu deyə bilərəm ki, bu məsələ 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli bəyanatla tənzimlənir. Bunun da reallaşması üçün müvafiq addımlar atılır”. Вернуться назад |