Главная > Siyasət > Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı ilə bağlı Koordinasiya Komissiyası yaradılıb - SİYAHI
Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı ilə bağlı Koordinasiya Komissiyası yaradılıb - SİYAHI24-09-2022, 19:52. Разместил: admin |
Prezident İlham Əliyev “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Sərəncam imzalayıb. Bu barədə Prezident.az məlumat verib. Məlumata görə, sərəncam təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi, əhalinin və ətraf mühitin bu obyektlərdə baş verə biləcək qəzalardan qorunması və bu sahədə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) işinin əlaqələndirilməsi məqsədilə imzalanıb. Sənədə əsasən, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə aşağıdakı tərkibdə Koordinasiya Komissiyası yaradılıb: Komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin müavini Komissiyanın üzvləri Azərbaycan Respublikasının fövqəladə hallar naziri Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Azərbaycan Respublikasının daxili işlər naziri Azərbaycan Respublikasının iqtisadiyyat naziri Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Azərbaycan Respublikasının energetika naziri Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Azərbaycan Respublikasının səhiyyə naziri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri. Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılır və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına həvalə edilir. Nazirlər Kabineti Komissiya haqqında Əsasnamənin layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Вернуться назад |