Главная > Siyasət > Estoniya xarici işlər naziri Finlandiyanı rusiyalılar üçün sərhədləri bağlamağa çağırdı
Estoniya xarici işlər naziri Finlandiyanı rusiyalılar üçün sərhədləri bağlamağa çağırdı24-09-2022, 10:49. Разместил: admin |
Estoniya xarici işlər naziri Urmas Reynsalu Finlandiyanı Rusiya vətəndaşları üçün sərhədləri bağlamağa çağırıb. Nazir bu barədə “Spiegel” nəşrinə müsahibəsində deyib. “Mən finlərə səslənirəm. Biz vəziyyətin kəskin şəkildə pisləşdiyini görürük. Bizim tədbirlərimiz Putinin çıxışına cəmi 48 saat qalmış həyata keçməyə başladı. Arzu edirəm ki, Finlandiya da tez bir zamanda bizə qoşulsun”, - deyə Reynsalu bildirib. Nazirin sözlərinə görə, hazırda Finlandiyanın Rusiya ilə yeganə açıq quru sərhədi var. “Bu, təhlükəsizlik məsələsidir, amma həm də mənəvi məsələdir. Nəhayət, bu, sanksiyaların həyata keçirilməsini çətinləşdirir. Biz təzyiqləri, həmçinin də əhaliyə təzyiqləri artırmalıyıq. Sanksiyaların mahiyyəti də məhz bundan ibarətdir. Bu, rejimə mümkün qədər çox ağrı vermək istəyirik ki, Putin təcavüzü dayandırmaq məcburiyyətində hiss etsin!”, - deyə Reynsalu qeyd edib. Вернуться назад |