Главная > Siyasət / Manset > Azərbaycan və Serbiya rəsmiləri regional təhlükəsizliyi müzakirə ediblər

Azərbaycan və Serbiya rəsmiləri regional təhlükəsizliyi müzakirə ediblər


23-09-2022, 08:56. Разместил: admin
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Serbiyanın xarici işlər naziri Nikola Selakoviçlə regional təhlükəsizlik məsələlərini müzakirə edib.

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov öz “Twiter” hesabında paylaşım edib.

“Serbiyanın XİN rəhbəri Nikola Selakoviçlə görüşməkdən və Azərbaycanla Serbiya arasında dostluq və strateji tərəfdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik gündəliyində duran məsələləri müzakirə etməkdən məmnunam”, - Ceyhun Bayramov sosial şəbəkə hesabında qeyd edib.
Вернуться назад