Главная > Siyasət > İranlı mütəxəssis yenidən Azərbaycan taekvondo millisinin baş məşqçisi oldu

İranlı mütəxəssis yenidən Azərbaycan taekvondo millisinin baş məşqçisi oldu


21-09-2022, 13:23. Разместил: admin
Reza Mehmandust yenidən kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunub.

“Report”un əldə etdiyi məlumata görə, iranlı mütəxəssis bu postda Məmməd Abdullayevi əvəzləyib.

Abdullayev Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığması qaneedici nəticələr göstərə bilmədiyi üçün vəzifəsindən kənarlaşdırılıb.

Elnur Amanov Mehmandustun köməkçisi təyin edilib.

Qeyd edək ki, Azərbaycanın kişi taekvondoçuları İslamiadada 1 gümüş və 1 bürünc medal qazanıblar. Cavad Ağayev (68 kq) gümüş, Həşim Məhəmmədov (58 kq) isə bürünc medala sahib çıxıb. Azərbaycan Taekvondo Federasiyası iyunun 23-də Mehmandustla yolların ayrıldığını açıqlamışdı.
Вернуться назад