Главная > Siyasət / Manset > ABŞ-ın yüksək rütbəli generalı Putinlə bağlı xəbərdarlıq etdi

ABŞ-ın yüksək rütbəli generalı Putinlə bağlı xəbərdarlıq etdi


19-09-2022, 22:18. Разместил: admin
ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin hazırkı sədri, general Mark Milli Polşanın paytaxtı Varşavada hərbi bazaya baş çəkib.

Polşa səfərindən sonra general Milli bəzi açıqlamalar verib.

General Rusiyanın Ukraynaya qarşı müharibəsində böyük uğursuzluqlarla üzləşməkdə davam etdiyini bildirib. Bu səbəbdən də ehtiyatı əldən verməməyə çağırıb.

O, Moskvanın son uğursuzluqlara nə reaksiya verəcəyinin gözlənilməz olduğunu qeyd edib. Buna görə də qoşunları gərgin vəziyyətdə ayıq-sayıq olmağa çağırıb.

Mark Milli həmçinin əlavə edib ki, ABŞ-ın Avropadakı qüvvələri təhlükə altında hesab olunmur. Lakin o, buna baxmayaraq, ehtiyatı əldən verməməyin zəruriliyini vurğulayıb.

“İndi müharibə Rusiya üçün o qədər də yaxşı davam etmir. Ona görə də hamımız yüksək səviyyədə hazırlığı, ayıq-sayıqlığı qorumağa borcluyuq. Müharibə zamanı bundan sonra nə olacağını yüksək dərəcədə əminliklə bilmək olmur”, - deyə o bildirib.

Millinin Varşavadakı bazaya səfəri müxtəlif müdafiə sistemlərinin, o cümlədən “Patriot” raketləri batareyalarının sınaqdan keçirilməsini də əhatə edib.

Məlumata görə, əgər Rusiya qoşunları bazaya hücum edərsə, ABŞ və onun NATO müttəfiqləri ilə daha çox münaqişə riski yaranarsa, raketlərin “son müdafiə xətti” olması nəzərdə tutulur. Tədbirdə iştirak edən mətbuat nümayəndələrindən Millinin ziyarət etdiyi bazanın konkret adının təhlükəsizlik səbəbilə açıqlanmaması istənilib.
Вернуться назад