Главная > Siyasət / Manset > Türkiyə Prezidenti ABŞ-a yola düşüb

Türkiyə Prezidenti ABŞ-a yola düşüb


17-09-2022, 11:52. Разместил: admin
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səmərqənddən ABŞ-a yola düşüb.

AZƏRTAC xəbər verir ki, Türkiyə dövlət başçısının Nyu-York səfərində məqsəd BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etməkdir. Prezidenti geniş tərkibli rəsmi heyət müşayiət edir.

Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyev də daxil olmaqla bir sıra ikitərəfli görüşlər keçirib.
Вернуться назад