Главная > Siyasət / Manset > Prezident İlham Əliyev Səmərqənddə Çin lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
Prezident İlham Əliyev Səmərqənddə Çin lideri ilə görüşüb - YENİLƏNİB + FOTO15-09-2022, 18:49. Разместил: admin |
şəkildə cəlb olunmasını dəstəkləyir. Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirdi və Azərbaycanın da Çinin ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd etdi. Sədr Si Cinpin bildirdi ki, dövlətlərin işlərinə qarışmamaq vacib prinsipdir. Prezident İlham Əliyev Azərbaycanın Çinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini, Çinin də ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstəyini həmişə yüksək qiymətləndirdiyini vurğuladı, buna görə Si Cinpinə təşəkkürünü ifadə etdi. Azərbaycan Prezidenti xüsusilə qeyd etdi ki, dövlətlərin daxili işlərinə qarışmamaq Azərbaycan üçün də əsas prinsiplərdən biridir. Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinin təmin olunmasını daim dəstəklədiyini diqqətə çatdırdı, ölkəmizin 2019-cu ildən Qoşulmama Hərəkatının sədri olaraq bu istiqamətdə fəaliyyətini davam etdirdiyini vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və buna hamılıqla riayət etmək lazımdır. Dövlətimizin başçısı humanitar sahədə əməkdaşlığın tərkib hissəsi kimi şəhərlərarası əlaqələrin, tələbə mübadiləsinin artırılmasının, həmçinin turizm sahəsində əməkdaşlığın vacibliyini qeyd etdi. Azərbaycan Prezidenti pandemiya tam başa çatdıqdan sonra ölkələrimiz arasında turist mübadiləsinin COVID-19-dan əvvəlki səviyyəsinin bərpa olunacağına əminliyini vurğuladı. Dövlətimizin başçısı Çinin Azərbaycanın dostu və strateji tərəfdaşı olduğunu bir daha ifadə etdi. Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi, enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika, elektron ticarət, avtomobil daşımaları və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğu vurğulandı, tələbə mübadiləsinin artırılmasının, ölkələrimizin şəhərləri arasında birbaşa əlaqələrin qurulmasının vacibliyi qeyd edildi. Sonda dövlət başçıları əlaqələrimizin dərinləşdirilməsi və daha da inkişafı üçün birgə səylərin bundan sonra da davam etdiriləcəyini bildirdilər. 18:30 Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Вернуться назад |