Главная > Siyasət > Dərbəndin başçısı vəzifəsini icra edən Fuad Şıxıyev həbs olundu
Dərbəndin başçısı vəzifəsini icra edən Fuad Şıxıyev həbs olundu1-08-2020, 17:36. Разместил: azadses |
Dağıstanın Dərbənd rayonunun başçısı vəzifəsini icra edən Fuad Şıxıyev iki ay müddətinə həbs olunub. Bu barədə TASS Mahaçqala Sovet Məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat yayıb. “Məhkəmənin qərarı ilə şübhəli şəxs iki ay, yəni sentyabrın 30-dək həbsə salınıb”, - deyə məlumatda bildirilib. Qeyd edək ki, F.Şıxıyev torpaq sahələrinin oğurlanması və satışı ilə məşğul olan cinayətkar dəstənin təşkilində şübhəli bilinir. İlkin məlumatlara görə, qrupun hərəkətlərindən zərər 200 milyon rubl (4 577 228 AZN) təşkil edib. Вернуться назад |