Главная > Siyasət / Manset > Ceyhun Bayramov Mirzoyanla görüşəcək
Ceyhun Bayramov Mirzoyanla görüşəcək14-09-2022, 21:00. Разместил: admin |
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sülh müqaviləsini müzakirə etmək üçün sentyabrın sonuna qədər görüşəcək. “Qafqazinfo” erməni KİV-ə istinadən xəbər verir ki, bu haqda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı danışıb. Xatırladaq ki, avqustun 31-də Aİ Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsi layihəsinin hazırlanması üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər. Вернуться назад |