Главная > Siyasət / Manset > BMT Baş katibi Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır
BMT Baş katibi Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır13-09-2022, 22:38. Разместил: admin |
BMT-nin Baş katibi Antoniu Quterreş Azərbaycan-Ermənistan sərhədində vəziyyətin yenidən gərginləşməsindən narahatdır. Bu barədə “Report”a açıqlamasında qurumun sözçüsü Stefan Dujarrik məlumat verib. Onun sözlərinə görə, Baş katib tərəfləri gərginliyin azaldılması üçün addımlar atmağa, maksimum təmkin nümayiş etdirməyə və hər hansı həll olunmamış problemləri dialoq və mövcud formatlar çərçivəsində həll etməyə çağırır. “O həmçinin tərəfləri əvvəllər əldə edilmiş razılaşmaları tam şəkildə yerinə yetirməyə çağırır. Baş katib regionda davam edən bütün vasitəçilik səylərini dəstəklədiyini bildirir”, - S.Dujarrik bildirib. Вернуться назад |