Главная > Siyasət / Manset > Kuleba: “Danışıqlar üçün ən yaxşı yer döyüş meydanıdır”

Kuleba: “Danışıqlar üçün ən yaxşı yer döyüş meydanıdır”


11-09-2022, 19:29. Разместил: admin
“Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün ən yaxşı yer döyüş meydanıdır”.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Le Journal du dimanche” jurnalına verdiyi müsahibəsində deyib.

“Prezident Makron kiminlə danışacağına qərar vermək hüququna malikdir. Lakin təcrübə göstərdi ki, Putinlə müzakirələr üçün ən yaxşı yer döyüş meydanıdır”, - Kuleba bildirib.

Nazirin sözlərinə görə, Kreml rəhbərinin yalanları üzündən onunla telefon danışıqları nəticə vermir.

Eyni zamanda Kuleba əlavə edib ki, istənilən müharibə diplomatiya ilə başa çatır. Yeganə vacib olan odur ki, Ukrayna qalib mövqeyində danışıqlar masasına otursun və son məsələ döyüş meydanında həll olunsun.
Вернуться назад